Qadin.NET / Ermənistan ərazisindən ən çox hədəfə alınan ərazilərimiz açıqlandı - RƏSMİ

Ermənistan ərazisindən ən çox hədəfə alınan ərazilərimiz açıqlandı - RƏSMİ

“Ermənistan ərazisindən Azərbaycan ərazisinə müxtəlif silahlardan hücumlar davam etdirilir. Bu, xüsusilə cəbhənin Qubadlı və Zəngilan istiqamətlərində özünü büruzə verir”.

Bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistan bilməlidir ki, Qubadlı və Zəngilan işğaldan azad edilib:

“Həmin rayonların ərazisindən keçən xətt Azərbaycan və Ermənistanın sərhədlərini müəyyən edir və dövlətlərin sərhədləri toxunulmazdır. Ali Baş Komandan, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi hədəfi yoxdur.

Bu azmış kimi, Qubadlı və Zəngilan istiqaməti ilə bərabər, bundan əvvəl və bu gün ərzində də Ermənistan ərazisindən müxtəlif çaplı silahlardan Azərbaycanın Tovuz, Qazax, Daşkəsən rayonları atəşə tutulub”.

3 noyabr 2020
GO BACK