Dağlıq Qarabağda gedən döyüşlərdə “Aramo” adlı terror taborunun komandiri polkovnik Aram Torqomyan ağır yaralanıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Ermənilərdən təşkil edilmiş “Aramo” adlı silahlı dəstə 1992-ci ildə Xocalıda dinc sakinlərin qəddarlıqla öldürülməsində iştirak edib.
Xocalı soyqırımı nəticəsində 63-ü yeniyetmə olmaqla 613 Xocalı sakini qətlə yetirilib, səkkiz ailə tamamilə məhv edilib.
Həmçinin, 1992-ci il fevralın 17-də Ermənistanın hərbi birləşmələri “Arabo” və “Aramo” hər tərəfdən mühasirəyə alınmış Xocavənd rayonunun Qaradağlı kəndinə hücum ediblər.
Onlar dinc sakinləri, o cümlədən qadınlar da olmaqla, 38 nəfər əsir-girovu kəndin kənarında qətlə yetirərək xəndəyə töküblər.