Qadin.NET / Hikmət Hacıyev: “Düşmənin işğal siyasətinə verdiyimiz cavab uzunmüddətli diplomatik addımların nəticəsidir”

Hikmət Hacıyev: “Düşmənin işğal siyasətinə verdiyimiz cavab uzunmüddətli diplomatik addımların nəticəsidir”

“Ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində Azərbaycan ordusunun fəaliyyəti davam etdirilir. Bu gün də Ermənistanın cəbhənin müxtəlif istiqamətlərdən Azərbaycana qarşı hücumlarının qarşısı alınır”.

Bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, 30 ildən çoxdur davam edən işğal siyasətinə layiqli cavab verilir:

“Bu, Azərbaycanın uzun müddət apardığı diplomatik addımlarının nəticəsidir. Azərbaycan öz siyasətində daim beynəlxalq norma və prinsiplərə sadiqliyini qoruyub. Bu çərçivədə Azərbaycan Ermənistanı sülhə məcburetmə əməliyyatını davam etdirir”.

3 noyabr 2020
GO BACK