Qadin.NET / Övladları iki il analarının çürüyən meyidi ilə yaşadılar

Övladları iki il analarının çürüyən meyidi ilə yaşadılar

Polislər evdən çıxarmağa gəldikləri qadının qalıqlarını tapıblar. Onun uşaqları isə iki il çürüyən meyitə toxunmayaraq, onun qalıqları ilə birlikdə yaşayıb.
Qadin.Net bildirir ki, “Daily Mail”in məlumatına görə, dəhşətli hadisə ABŞ-ın Tennessi ştatının Neşvll şəhərində qeydə alınıb.

Devidson dairəsinin polisləri 56 yaşlı Larinda Collinin qalıqlarını çarpayıda aşkarlayıblar. Onlar evə mərhumun Entoni adlı qardaşı ilə gəliblər. O, qadının uşaqlarından birindən analarının nə vaxt öldüyünü soruşub. Məlum olub ki, amerikalı 2017-ci ilin əvvəlində dünyasını dəyişib.

“Orada heç bir şey qalmayıb. Ancaq sümüklər”, - deyə Entoni bildirib.

Collinin əqli qüsurlu dörd yetkin övladının hamısı, ən azı iki il analarının qalıqları ilə birlikdə yaşayıb. Entoni bacısı ilə çox yaxından ünsiyyət qurmadığını, ancaq mütəmadi olaraq ona zəng etdiyini iddia edir. Son illərdə uşaqları telefonu götürüb cavab verirmişlər ki, anaları hazırda danışa bilmir.

Uşaqlarla söhbət əsnasında məlum olub ki, onlar mərhumun son vəsiyyətini yerinə yetiriblər: qadın ona toxunmamalarını və heç kimə zəng etməmələrini tapşırıbmış.

Collinin qalıqları ekspertizaya göndərilib. Ölümünün səbəbi hələ məlum deyil. Ancaq polis ölümün zorakılıq nəticəsində baş verdiyini düşünmək üçün bir səbəb olmadığını deyib.

Qadının dörd övladı müvəqqəti mehmanxanaya yerləşdirilib. Sosial xidmətlər onlar üçün qəyyum axtarır.

3 noyabr 2020
GO BACK