Qadin.NET / Maradona xəstəxanaya yerləşdirildi

Maradona xəstəxanaya yerləşdirildi

Əfsanəvi hücumçu Dieqo Maradona xəstəxanaya yerləşdirilib.
Qadin.Net bildirir ki, bununla bağlı TASS məlumat yayıb.
Yaxınları Maradonanın xəstəxanaya yerləşdirilməsinin səbəblərini açıqlayıb. Bildirilib ki, bu, koronavirus pandemiyası ilə bağlı deyil. Uzun müddətdir Maradona yuxusuzluqdan və sağlamlığındakı digər problemlərdən şikayət edirmiş.
Xatırladaq ki, ötən həftə 60 yaşını qeyd edən Maradona koronavirus xəstəsi ilə təmasda olduğu üçün özünütəcrid etmişdi.

3 noyabr 2020
GO BACK