Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreisus yaxın zaman ərzində özünütəcrid rejiminə əməl edəcəyini deyib
Bu barədə o, “Twitter” hesabında yazıb.
“COVID-19 testi müsbət çıxan şəxslə təmasda olduğum müəyyənləşdirilib”, - deyə o qeyd edib.
Qebreisus bildirib ki, özünü yaxşı hiss edir və onda xəstəlik əlamətləri yoxdur:
“Önümüzdəki günlərdə ÜST protokollarına uyğun olaraq təcrid olunacağam və evdən işləyəcəyəm”.
O qeyd edib ki, koronavirusun yayılmasına qarşı bütün tələblərə aydın şəkildə əməl olunması vacibdir.
“Məhz bu şəkildə COVID-19-un ötürülmə zəncirini qıracağıq” , - ÜST-ün direktoru bildirib.