Qadin.NET / İzmirdə möcüzə: 58 saat sonra dağıntılar altından sağ çıxarıldı - VİDEO

İzmirdə möcüzə: 58 saat sonra dağıntılar altından sağ çıxarıldı - VİDEO

İzmirdə baş vermiş 6,6 bal gücündə zəlzələdən 58 saat sonra 14 yaşlı qız dağıntılar altından sağ çıxarılıb.
Qadin.Net bildirir ki, bununla bağlı Haber7.com məlumat yayıb.
Bildirilib ki, İzmirin Bayraklı qəsəbəsində xilasedicilər hündürmərtəbəli binanın dağıntıları altından səs eşidiblər.
Axtarış-xilasetmə işlər nəticəsində 14 yaşlı İdil Şirin yaralı halda dağıntılar altından çıxarılıb.
Bununla da dağıntılar altından yaralı halda xilas edilənlərin sayı 105-ə çatıb.

2 noyabr 2020
GO BACK