Qadin.NET / Prezidentin köməkçisi onun adından açılmış saxta sosial şəbəkə hesablarını ifşa etdi

Prezidentin köməkçisi onun adından açılmış saxta sosial şəbəkə hesablarını ifşa etdi

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev onun adından açılmış saxta sosial şəbəkə hesabları barədə danışıb.
Bu barədə Hikmət Hacıyev rəsmi “Twitter” hesabında yazıb.

“Hörmətli izləyicilər! Mənim adıma “Twitter”də “@hikmet_hajiyev” və “Telegram”da “Hikmet Hajiyev” kanalı kimi ünvanlar yaradılmışdır. Bundan əvvəl “Instagram” və “Facebook”da belə saxta profillər yaradılmışdı. Mənim yalnız “Twitter”də “@HikmetHajiyev” adlı hesabım vardır”, - deyə H.Hacıyev qeyd edib.

2 noyabr 2020
GO BACK