Türkiyənin Aydın şəhərinin Kuşadası rayonunda zəlzələ baş verib.
“Anadolu” agentliyi xəbər verir ki, Ege dənizi sahillərində zəlzələnin gücü 4,5 bal olub.
Yeraltı təkanların dəniz səviyyəsindən təxminən 7 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Xatırladaq ki, oktyabrın 30-da İzmir şəhərində 6,6 bal gücündə zəlzələ baş verib.