Qadin.NET / Məşhur aktyor Şon Konneri vəfat etdi

Məşhur aktyor Şon Konneri vəfat etdi

Məşhur britaniyalı aktyor, Ceyms Bond rolları ilə tanınan Şon Konneri vəfat edib.
BBC-nin məlumatına görə, aktyorun 90 yaşı var idi.
Onun ölüm səbəbləri hələ açıqlanmayıb.
Qeyd edək ki, o, “Oskar” (1988), “BAFTA” (1988, 1990) və “Qızıl Qlobus” (1972, 1988) mükafatlarının laureatı olub.
O, 1962-1983-cü illərdə Yan Fleminqin əsərlərinin ekranizasiyası olan Ceyms Bond haqqında 7 filmdə çəkilib. Bundan başqa “İndiana Cons və son səlib yürüşü” və “Qaya” filmdəki rollarına görə tanınıb.
Məşhur aktyor ümumiyyətlə 70-dən artıq kinofilmdə rol alıb.

31 oktyabr 2020
GO BACK