Qadin.NET / Azərbaycanda koronavirusa yeni rekord yoluxma faktı qeydə alındı: 12 nəfər öldü

Azərbaycanda koronavirusa yeni rekord yoluxma faktı qeydə alındı: 12 nəfər öldü

Azərbaycanda koronavirusa (COVID-19) 1095 yeni yoluxma faktı qeydə alınıb, 547 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, on iki nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 10996 nəfərdir.
Ölkədə son sutka ərzində 11441, hazırkı dövrədək isə 1352907 test aparılıb.
Ümumi ölənlərin sayı 730 nəfərdir.
Ümumi yoluxanların sayı 55269 nəfər, ümumi sağalanların sayı 43543 nəfərdir.

31 oktyabr 2020
GO BACK