İzmirdə 6,6 bal gücündə baş verən zəlzələdən sonra insanlar küçələrə axışıb. Seferihisar rayonunun bəzi yerlərində binalar dağılıb. Bir binanın çökmə anı, hadisə şahidi tərəfindən qeydə alınıb.
AFAD-ın məlumatına görə azı altı bina çöküb. Bundan başqa çoxlu binalara da ciddi zərər dəyib.
Qurbanlar barədə hələ ki, xəbər yoxdur. Ancaq dağıntılar altında çoxlu insanların qaldığı bildirilir