Qadin.NET / Azərbaycan separatçı quldur rejimin rəhbərini beynəlxalq axtarışa verdi - RƏSMİ

Azərbaycan separatçı quldur rejimin rəhbərini beynəlxalq axtarışa verdi - RƏSMİ

 “Separatçı quldur rejimin rəhbəri Araik Arutyunyan və digərləri sosial şəbəkələrdə Azərbaycanın dinc əhalisini məhv etməyə çağırış edirlər”.
Qadin.Net bildirir ki, bunu Baş prokuror Kamran Əliyev keçirilən brifinqdə bildirib.
“İstintaqın ilkin nəticəsində qeyd edilib ki, Azərbaycanın işğal olunmuş ərazilərində Araik Arutyunyan, onun köməkçisi David Babayan, “müdafiə naziri” Cəlal Arutunyan və qondarma qurumun qondarma “parlamenti”nin nümayəndəsi Armen Babacanyanın cinayət məsuliyyətinə сəlb edilməsi üçün Baş Prokurorluq tərəfindən müvafiq qərarlar çıxarılıb, onlar barədə axtarış elan edilib.
Bu qərarlaın icrası üçün Azərbaycanın müvafiq qurumlarına, o cümlədən, İnterpola müraciət olunub”, - deyə Baş prokuror qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri tərəfindən “müdafiə naziri” Cəlal Arutunyan barədə müavafiq tədbirlər görülüb:
“Bizim məlumata görə, o, məhv edilib. Ermənistan tərəfi isə onun ağır yaralandığını bildirir, onun üçün ölümü təsdiqlənmir. Bizdə hələlik rəsmi təsdiq olmadığına görə Cəlal Arutyunyan barədə axtarış elan olunub.
Ölümü təsdiqlənsə, onun haqqında cinayət işinə xitam veriləcək. Onlar bu cinayətləri Ermənistanın digər vəzifəli şəxsləri ilə birlikdə törədiblər”.

30 oktyabr 2020
GO BACK