Qadin.NET / Şagirdlər üçün VPN-siz işləyən platformalar tətbiq olunacaq - RƏSMİ

Şagirdlər üçün VPN-siz işləyən platformalar tətbiq olunacaq - RƏSMİ

Ölkədə bir sıra onlayn platformaların işinin bərpası istiqamətində işlər aparılıb.
Qadin.Net xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev təhsillə bağlı keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, şagirdlər üçün istifadə olunacaq platformalar VPN-siz işləyəcək:
“Bununla bağlı aidiyyəti orqanlarla birgə testlər aparılıb. Bir çox hallarda görürük ki, insanların VPN-lərdən istifadəsi problem yaradır. Şagirdlər üçün istifadəyə verəcəyimiz platformalar VPN-siz işləyəcək”

30 oktyabr 2020
GO BACK