Qadin.NET / Rusiya əvvəldən Ermənistanın işğal etdiyi bir sıra bölgələrin Azərbaycana verilməsini dəstəkləyib

Rusiya əvvəldən Ermənistanın işğal etdiyi bir sıra bölgələrin Azərbaycana verilməsini dəstəkləyib

 Rusiya əvvəldən Ermənistan tərəfindən tutulmuş Azərbaycanın “beş və daha iki” rayonun qaytarılmasının mümkünlüyündən danışırdı.
Qadin.Net bildirir ki, “İnterfaks”ın məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “VTB Kapital”ın “Rusiya çağırır!” investisiya forumunun plenar iclasında deyib.
“Bizim mövqeyimiz tamamilə açıqdır, biz əvvəldən Qarabağ zonası üçün müəyyən rejimin, Ermənistanla qarşılıqlı əlaqə və.s təmin olunması ilə Azərbaycana beş üstəgəl iki rayonun qaytarılması mövqeyindən çıxış etmişik”, - deyə V.Putin bildirib.
O, münaqişənin etnik toqquşmalarla başladığını və Sovet İttifaqı rəhbərliyinin insanların təhlükəsizliyini təmin etmək üçün heç bir təsirli bir tədbir görmədiyini xatırladıb.
“Bəs Azərbaycan nədən danışır? İstənilən halda yeddi rayonun nə etnik münaqişə, nə də Ermənistanla heç bir əlaqəsi olmamasından. Bunlar əzəli Azərbaycan torpaqlarıdır. Azərbaycan deyir: biz bu əraziləri geri qaytarmaq hüququna sahibik”, - deyə Rusiya lideri əlavə edib.

29 oktyabr 2020
GO BACK