Qadin.NET / Prezidentin köməkçisi: “Nikol Paşinyan, səhvə yol verdin”

Prezidentin köməkçisi: “Nikol Paşinyan, səhvə yol verdin”

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus və beynəlxalq media nümayəndələri ilə birlikdə Tərtərə getməsi ilə bağlı paylaşım edib.

Bu barədə o, “Twitter” hesabında yazıb:

“Nikol Paşinyan, raketlə Bərdəyə hücum etməklə günahsız dinc sakinləri qorxutmaq istəyirdiniz? Bərdə sarsılmaz əzmlə əvvəlkindən daha gözəl və güclüdür.

Böyük səhvə yol verdin. Siz sənədə başqa bir hərbi cinayət əlavə etdiniz. İndi cinayətlərinizi göstərmək üçün Tərtərə gedirik”, - deyə H. Hacıyev qeyd edib

29 oktyabr 2020
GO BACK