Bərdə və Goranboy rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, hal-hazırda Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev, Baş prokuror Kamran Əliyev Bərdə şəhərinə endirilən raket zərbələrindən dağılmış ərazilərə diplomatik korpusun nümayəndələri ilə birgə baş çəkib.