Qadin.NET / Maksim Şevçenko: “Bakı növbəti hücuma Qarabağın işğalçılardan tamamilə azad edilməsi ilə reaksiya verəcək”

Maksim Şevçenko: “Bakı növbəti hücuma Qarabağın işğalçılardan tamamilə azad edilməsi ilə reaksiya verəcək”

 Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalinin yaşadığı Bərdə şəhərinin atəşə tutulması hərbi cinayətdir.
Qadin.Net bildirir ki, bu barədə “İnfo24” saytına jurnalist Maksim Şevçenko danışıb.
Onun sözlərinə görə, İrəvan qəsdən mülki əhaliyə hücum edir ki, Qarabağdakı münaqişə Ermənistanla Azərbaycan arasındakı qarşıdurma çərçivəsindən kənara çıxsın. Bakı növbəti hücuma Dağlıq Qarabağın işğalçı qüvvələrdən tamamilə azad edilməsi ilə reaksiya verəcək.
“İşğal olunmuş ərazilərin tamamilə azad edilməsi və düşmənin silahlı qüvvələrinin qovulması-Azərbaycandan gələ biləcək ədalətli cavab məhz budur”, - deyə M.Şevçenko bildirib.
Jurnalist həmçinin Rusiya rəhbərliyinə Qarabağ münaqişəsinə müdaxilə etməməsi barədə xəbərdarlıq edib, bu halda bölgədəki bir çox ölkənin hərbi əməliyyatlara cəlb edilə biləcəyini söyləyib.
“Biz öz rəhbərliyimizdən Paşinyan rejiminə kömək etməklə hansı oyunlara cəlb olunacağının anlamını tələb etməliyik. Axı Rusiya münaqişəyə daxil olsa, NATO-nun ən güclü ordularından biri olan Türkiyə ordusu ilə döyüşməli olacaq”, - deyə M.Şevçenko bildirib.

29 oktyabr 2020
GO BACK