Ermənistanın Baş naziri Nikol Paşinyan rus hərbçilərin ölkə sərhədlərində yerləşdirilməsinin səbəbini izah edib.
Qadin.Net bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Rusiya sərhədçiləri Ermənistanın Türkiyə və İranla sərhədlərində dayanır. Bu, həmişə belə olub. İndi isə hadisələrin son inkişafı nəticəsində Rusiya sərhədçiləri həmçinin Ermənistanın cənub-şərq və cənub-qərb sərhədlərində də dayanırlar. Yəni, burada əslində yeni heç nə yoxdur”, - deyə N.Paşinyan bildirib.