“Düşmən bilməlidir ki, Azərbaycanda dövlət-xalq-ordu birliyi sarsılmazdır. Heç bir təxribat qələbə əzmimizə və zəfər yolumuza mane ola bilməz”.
Bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov keçirdiyi brifinqdə deyib.
O bildirib ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə vasitələri Ordumuz tərəfindən darmadağın edilib.