Qadin.NET / İlham Əliyev: “Ermənistan silahlı qüvvələrinin Qarabağdakı döyüşlərdə itkiləri təqribən beş min nəfərdir"

İlham Əliyev: “Ermənistan silahlı qüvvələrinin Qarabağdakı döyüşlərdə itkiləri təqribən beş min nəfərdir"

 Azərbaycanın məlumatına görə, 27 sentyabrdan Dağlıq Qarabağ münaqişəsi zonasında aparılan döyüş əməliyyatlarının gedişində erməni tərəfinin canlı qüvvə itkiləri təqribən beş min nəfərdir.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “İnterfaks” agentliyinə müsahibəsi zamanı bildirib.

“Ehtimallarımıza əsasən, Ermənistanın hansı itkilər verə biləcəyini deyə bilərəm. Hətta sırf riyazi hesablamara baxaq: 256 tank məhv edildi - bu dünənki günə olan rəqəmdir (27 oktyabr), bu rəqəm hər gün artır. Bu sayı 3-4 nəfərə vurun, demək olar ki, bu artıq minə yaxındır. Bundan əlavə, 50-dən çox piyadanın döyüş maşını məhv edildi – onlarda təxminən neçə nəfər olduğu aydındır; yüzlərlə artilleriya silahı - hər birində bir neçə nəfər; altı S-300 qurğusu, təxminən 40 OSA ZRK qurğusu, TOR, KUB, KRUQ qurğusu; 400-dən çox yük maşını, bunların əksəriyyəti həm hərbi qulluqçular, həm də döyüş sursatları ilə məhv edildi. Səngərlərdə neçə nəfər məhv edildi, biz bu səngərləri, təmas xəttini keçmişik - bu kadrlar internetdə var. Yəni, bizim məlumatlarımıza görə, erməni tərəfdən itkilər yalnız beş min nəfər və daha çox ola bilər, bir qayda olaraq müharibədə yaralananlar isə 2-3 dəfə çox olur”, - deyə Prezident İlham Əliyev “İnterfaks” və “İnterfaks-Azərbaycan” agentliklərinə verdiyi müsahibədə bildirib.
Azərbaycanın Silahlı Qüvvələrinin itkilərinə toxunan dövlət başçısı qeyd edib ki, bütün amillər nəzərə alınaraq itkilər minimaldır.

“Bizim itkilərimizə gəlincə, döyüş əməliyyatları bitdikdən sonra onları açıqlayacağımızı söyləmişəm. Ancaq deməliyəm ki, bunlar əhəmiyyətli dərəcədə azdır (erməni tərəfinin itkilərindən)”, - deyə ölkə başçısı qeyd edib.

“Hərbi toqquşmaların xarakterini, çətin relyefi və ermənilərin 30 ildir qurduqları istehkamları nəzərə alaraq, hesab edirəm ki, hər bir insan həyatı əvəzsizdir, lakin bütün bu amilləri nəzərə alaraq itkilərimiz minimaldır”, - dövlət başçısı əlavə edib.

28 oktyabr 2020
GO BACK