Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin iclasında Rusiya lideri Vladimir Putinlə Qarabağla əlaqəli danışmasından bəhs edib.
Bu barədə “Haber Global” məlumat yayır.
“Cənab Putinlə danışdıq. Prosesi qiymətləndirdik. Dedim ki, Qafqazda bu işə son qoyaq. İstəsəniz, bu problemi birlikdə həll edə bilərik. Siz Paşinyanla, mən də İlham Əliyev qardaşımla danışıqlar aparaq, bu məsələnin sonu yaxşı bitsin.
Xarici işlər nazirlərimiz görüşlər keçirsinlər. Gəlin, bir qərar verək, həll edəcəyik, həll etməyəcəyik? Səmimi addım ataq. Bu işi burada bitirməliyik və səmimiyik. Sizin də səmimiyyətinizə inanırıq”, - deyə Ərdoğan qeyd edib.
Türkiyə lideri bildirib ki, Putinlə danışıqlar zamanı qırmızı xəttin olduğunu da deyib:
“Bu xətlər keçəndə heç kim üzülməməlidir, atamın oğlu olsa da, gözüm görməz”.