Rusiyanın Yekaterinburq şəhərinin 12 yaşlı sakini yanan ştanqla dünya rekorduna imza atıb.
Qadin.Net REN TV-yə istinadən xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.
Videoda məktəblinin 30 kiloqramlıq ağırlığı olan ştanqı sinəsinə toxundurduğu əks olunub.
Karolina adlı yeniyetmə bir dəqiqə ərzində eyni hərəkəti 25 dəfə təkrar edib və onun nailiyyəti artıq rekord kimi qeydə alınıb.