Rusiya Səhiyyə Nazirliyinin saytında COVID-19 müalicəsi üçün yenilənmiş tövsiyələr yerləşdirilib.
Qadin.Net bildirir ki, bu barədə Lenta.ru xəbər yayıb.
Sənəddə koronavirusdan profilaktika üçün istifadəsi tövsiyə olunan preparatların adları açıqlanıb.
Məlumatda sağlam insanlara və risk qrupunda olan xəstələrə (yaşlılara və xroniki xəstəliklərdən əziyyət çəkənlərə) iki dərman - damla və ya sprey şəklində “rekombinant IFN-α”, ya da üç həftə ərzində həftədə iki dəfə 200 milliqram olmaqla “umifenovir” istifadə etmək tövsiyə olunur.
Yoluxmuş insanlarla təmasda olduqdan sonra isə profilaktika üçün hidroksixlorokin və ya “rekombinant interferon alfa” ilə birlikdə “umifenovir” məsləhət görülür.
Koronavirusun müalicəsi üçün isə tövsiyə olunan dərmanların siyahısına altı ad - “favipiravir”, “hidroksixlorokin”, “azitromisin” (“hidroksixlorokinlə” birlikdə), “interferon-alfa” dərmanları, həmçinin “remdesivir”, “umifenovir” daxil edilib.