Nikol Paşinyanın arvadı Anna Akopyan bildirib ki, sabahdan özü də daxil olmaqla 13 qadından ibarət bir dəstə təlimlərə başlayacaq.
O bu barədə sosial şəbəkədə məlumat verib.
Anna təlimlərin bir neçə günə bitəcəyini və qadınlardan ibarət dəstənin sərhədləri qorumaq üçün yola çıxacağını bildirib.
Bu məsələ Ermənistan ordusundakı vəziyyətin nə dərəcədə acınacaqlı olmasının sübutudur və çıxılmaz vəziyyətdə olan Paşinyanı arvadını bir neçə qadınla döyüş zonasına göndərmə sövq edir.
Xatırladaq ki, Anna Akopyan bir neçə ay öncə də hərbi təlimlər keçdiyini bildirmiş və bunu təsdiq edən fotoları sosial şəbəkələrdə yayımlamışdı.