Qadin.NET / Dağıstanın Qarabudaqkənd rayonunda “Sibir xorası” yayılıb

Dağıstanın Qarabudaqkənd rayonunda “Sibir xorası” yayılıb

 Dağıstanın Qarabudaqkənd rayonunun Kakamahi kəndində beş yerli sakin “Sibir xorası” (“qarayara”) şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Qadin.Net bildirir ki, Lenta.ru-nun məlumatına görə, bu barədə Respublika Səhiyyə Nazirliyi məlumat verib.

Bütün xəstələr yerli xəstəxananın yoluxucu xəstəliklər şöbəsinin ayrı-ayrı bokslarında təcrid vəziyyətdə saxlanılıb.

İnfeksiya hadisələri 24-26 oktyabr tarixlərində qeydə alınıb. Hazırda risk altında daha 14 nəfərin olduğu vurğulanıb. Onlar səkkiz gün müddətində həkim müşahidəsində olacaqlar.

Eyni zamanda kənddə sakinlərin yoxlanılması davam edir.

“Sibir xorası” sonuncu dəfə Dağıstanda 2019-cu ilin oktyabrında qeydə alınıb.

“Qarayara” xüsusi təhlükəli xəstəlikdir. İnfeksiyaya yoluxanlarda intoksikasiya başlayır, dəri xoraları, ağciyər simptomları və qida zəhərlənməsi əlamətləri görünə bilər.

26 oktyabr 2020
GO BACK