Qadin.NET / İlham Əliyev Qubadlının işğaldan azad olunmasında fərqlənmiş komandirləri təbrik etdi

İlham Əliyev Qubadlının işğaldan azad olunmasında fərqlənmiş komandirləri təbrik etdi

 Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik edib.
Bununla bağlı Prezidentin mətbuat xidməti məlumat yayıb.
Dövlətimizin başçısı onlara Vətən uğrunda gedən döyüşlərdə yeni uğurlar arzulayıb.
Tapşırıb ki, onun təbriklərini və təşəkkürlərini bütün şəxsi heyətə çatdırsınlar.

26 oktyabr 2020
GO BACK