Alimlər hesab edirlər ki, koronavirusun asimptomatik gedişi immunitet problem ilə əlaqəlidir.
Qadin.Net bildirir ki, bu barədə “İzvestiya”ya rusiyalı mütəxəssis Andrey Vasin məlumat verib. Onun sözlərinə görə, bu, xəstəliyin belə bir gedişi zamanı bədənin xarici antigeni tanıya və onu özününkü kimi qəbul edə bilməməsi ilə əlaqəli ola bilər.
Vasin qeyd edib ki, infeksiyaya dözümlülük nəticəsində iltihablı və qoruyucu proseslər başlamır, buna görə xəstələrdə heç bir simptom olmur.