Böyük Britaniya rəhbərliyi qarşıdan gələn 3 noyabr seçkilərində demokratların namizədi Co Baydenin qalib gəlməsi perspektivindən narahatdır.
Bu barədə “Financial Times” məlumat yayıb.
Nəşr qeyd edir ki, rəsmi London C.Baydenin seçkidə qələbə qazanacağı halda ABŞ-Böyük Britaniya münasibətlərində soyuqluq yaranmasından və bunun da qısa müddət ərzində sərbəst ticarət anlaşmasının imzalanmasına əngəl törətməsindən narahatdır.
Sözügedən sənədin imzalanması hazırkı prezident, “Brexit”i dəstəkləyən Donald Tramp üçün prioritet təşkil etdiyi halda Co Bayden üçün bunu söyləmək olmaz. Üstəlik, demokratların namizədi “Brexit”ə də skeptik yanaşıb.