Qadin.NET / Ordumuzdan düşmənə sarsıdıcı zərbə: Komanda idarəetmə məntəqəsi və atəş nöqtələri məhv edildi - VİDEO

Ordumuzdan düşmənə sarsıdıcı zərbə: Komanda idarəetmə məntəqəsi və atəş nöqtələri məhv edildi - VİDEO

Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri öz üstünlüyünü qoruyub.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 25-də aparılan uğurlu döyüş əməliyyatları zamanı düşmənin iki artilleriya qurğusu, iki BM-21 “Qrad”, bir komanda qərargah maşını, bir komanda idarəetmə məntəqəsi, iki yük maşını, bir tank və bir neçə atəş nöqtəsi məhv edilib.

25 oktyabr 2020
GO BACK