Ötən gün Ermənistan silahlı qüvvələrinin hərbçi qıtlığı səbəbindən artilleriya atışı zamanı topdan istifadə üçün azyaşlının əməyindən istifadə etdiyinin sübutu olan video paylaşılmışdı.
Sosial şəbəkələrdə ermənilərin Azərbaycan ordusuna qarşı müharibədə istifadə etməsi üçün azyaşlı qızları silahlandırdığını göstərən daha bir foto yayılıb.
Qeyd edək ki, bu görüntü Ermənistanın Uşaq hüquqları üzrə BMT Konvensiyasının və UNICEF-in Paris Konvensiyasının normalarını pozmasının sübutudur.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan silahlı qüvvələri qocalardan ibarət “könüllüləri” işğal etdikləri Azərbaycan torpaqlarına göndərmişdi. Sözgüdən dəstədəki qocanın isə uşaqlara silahla bağlı təlim keçdiyi görünür.
Xatırladaq ki, Azərbaycan ordusunun qarşısında aciz qalan Ermənistanın siyasi-hərbi rəhbərliyi ölkədəki yaşlıları və qadınları da müharibədə iştirak etməsi üçün orduya cəlb edib.