Koronavirus infeksiyasının asimptomatik gedişatı yalnız infeksiya üçün verilən testi ilə müəyyən edilə bilər.
Qadin.Net bildirir ki, Ura.ru xəbər verir ki, bu barədə Moskva Dövlət Universitetinin professoru Aleksey Aqranovski açıqlama verib.
O, vurğulayıb ki, testlər 100 faizli dəqiqliyə malik deyillər, ancaq xəstəliyi təsdiqləmək üçün başqa bir yol yoxdur.
A. Aqranovskinin dediyinə görə, əgər bir insan artıq COVID-19 xəstəliyindən sağalıbsa, koronavirus testi bunu müəyyən edə bilməz, bunun üçün yalnız antitel testi aparmaq lazımdır.
Virusoloq əlavə olaraq qeyd edib ki, asimptomatik keçən koronavirus xəstəliyinin gələcəkdə hansısa fəsadlar törətmək ehtimalı yoxdur.