Qadin.NET / Avropanın ən varlı adamı daha da varlandı

Avropanın ən varlı adamı daha da varlandı

 Avropanın ən varlı adamı, “Louis Vuitton Moet Hennessy”nin (LVMH) rəhbəri Bernard Arnault daha da varlanıb.
Qadin.Net bildirir ki, “Forbes” məlumat verib ki, bir həftə ərzində onun sərvəti 8 milyard dollar çoxalıb.
Belə ki, şirkət keçən həftə koronavirus pandemiyası fonunda sənayenin bərpa əlamətlərinin olduğunu açıqlamışdı. Bu elanın fonunda LVMH-nin səhmlərinin dəyəri artıb.
Beləliklə, 15-22 oktyabr tarixlərində LVMH qrupunun səhmlərinin dəyəri 6 % çoxalıb. Bununla birlikdə, 15 oktyabrda “Bulgari”, “Guerlain” və “Dom Pérignon” kimi markalara sahib olan LVMH qrupu 2020-ci ilin ilk 9 ayında gəlirinin 21% azaldığını bildirmişdi.

Qeyd edək ki, may ayının sonunda Arnault ultra zəngin statusunu yenidən bərpa etdi. Sərvəti təkrar 100 milyard dolları keçən Arnault hazırda 122.3 milyard dollar sərvəti ilə “Forbes”in sıralamasında ikinci yerdədir. O, yalnız 188.6 milyard dollarlıq sərvəti olan “Amazon”un qurucusu Jeff Bezosdan geri qalır.

25 oktyabr 2020
GO BACK