Qadin.NET / Hikmət Hacıyev: “15 yaşından kiçik uşaqların əsgər kimi hərbi xidmətə cəlb edilməsi qadağandır”

Hikmət Hacıyev: “15 yaşından kiçik uşaqların əsgər kimi hərbi xidmətə cəlb edilməsi qadağandır”

 Ermənistan Silahlı Qüvvələrində uşaqlardan istifadə ilə bağlı videoya Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev də öz reaksiyasını göstərib.

O, “Twitter” hesabında artilleriya atışı zamanı istifadə olunan uşaqla bağlı videonu paylaşıb və paylaşımda UNICEF və Beynəlxalq Qırmızı Xaç Komitəsini işarəliyib:

“Video onu göstərir ki, Ermənistan uşaq əsgərlərindən istifadə edir. Araşdırılması lazımdır.

15 yaşından kiçik uşaqların əsgər kimi hərbi xidmətə cəlb edilməsi və ondan istifadə edilməsi beynəlxalq humanitar hüquq - müqavilə və adət normaları ilə qadağandır və Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən müharibə cinayəti kimi müəyyən edilir”.

Video shows that #Armenia employes #childsoldiers. Needs to be investigated.
Recruiting and using children under the age of 15 as soldiers is prohibited under international humanitarian law – treaty and custom – and is defined as a #warcrime by ICC. @UNICEF @ICRC pic.twitter.com/5drTp1Euvx

— Hikmet Hajiyev (@HikmetHajiyev) October 24, 2020

25 oktyabr 2020
GO BACK