Qadin.NET / Seyid Abbas Musəvi: “İran əhalisi azərbaycanlı qardaş və bacılarının sevincinə şərikdir”

Seyid Abbas Musəvi: “İran əhalisi azərbaycanlı qardaş və bacılarının sevincinə şərikdir”

 İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Azərbaycanın İranla dövlət sərhədinə nəzarəti tamamilə bərpa etməsi münasibətilə dövlət başçısı İlham Əliyevi təbrik edib.

Bu barədə səfir “Twitter” hesabında yazıb.

“Cənab Prezident! 760 kilometrlik İran və Azərbaycan ümumi sərhədi bədniyyətlilərin iştirakı və müdaxiləsi olmadan hər iki ölkənin xalqları üçün dostluq, sülh və təhlükəsizlik sərhədi olaraq qalacaq. İran xalqı azərbaycanlı qardaş və bacılarının sevincinə sevinir”, - deyə A.Musəvi bildirib.

Mr.President; The 760-km shared border of 🇮🇷 & 🇦🇿 will ever remain the border of friendship, peace & security for the people of the two neighbors without presence & interference of ill-wishers.Iranians are happy with the happiness of their muslem brothers & sisters of Azerbaijan.

— S.A MOUSAVI (@SAMOUSAVI9) October 23, 2020

23 oktyabr 2020
GO BACK