Gürcüstan Avropa İttifaqının təhlükəsiz ölkə siyahısından çıxarılıb.
Bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.
Pisləşən epidemioloji vəziyyətlə əlaqədar Gürcüstanla bərabər Kanada və Tunis də Aİ-nin təhlükəsiz ölkələr siyahısından çıxarılıb.
Digər dəyişikliyə əsasən Aİ olmayan doqquz ölkə - Avstraliya, Çin, Yeni Zelandiya, Ruanda, Sinqapur, Tailand, Uruqvay, Cənubi Koreya və Yaponiya təhlükəsiz ölkələr elan edilib.