Rusiya mediasında çalışan telejurnalist Vladimir Solovyov dəfələrlə özünün qatı ermənipərəst mövqeyi ilə gündəmə gəlib.
“Rossiya-1” telekanalında yayımlanan “Solovyovla bazar axşamı” adlı verilişinə erməni ekspertləri dəvət edən V.Solovyov Ermənistanla Azərbaycan arasındakı Qarabağ münaqişəsinə bitərəf və haqsız mövqe sərgiləyib. Efirə dəvət olunan erməni ekspertlər isə yalan və həqiqəti əks etdirməyən fikirlər səsləndiriblər.
V.Solovyov özünün ermənipərəst olduğunu elə öz dili ilə etiraf edib. İllər əvvəl televiziya kanallarından birində anasının, atasının hətta həyat yoldaşının belə erməni olduğunu deyib. Onun sözlərinə görə, nə ana-atası, nə də yoldaşı bu günə qədər ermənilərdən pislik gördüklərini dilə gətirməyiblər:
“Mənim çoxlu erməni dostlarım var. Həyatımda həddən artıq erməni ilə qarşılaşmışam, lakin onların heç birindən pislik görməmişəm. Mən bilirəm ki, fərqli milliyyətlərdən olan fərqli insanlar çoxdur. Amma məsələ budur ki, həyatım boyu mənə ermənilərdən isti münasibət, sevgi, hörmət gəlib. Mənə bu cür gözəl insanlar yetişdirən torpaq hər zaman maraqlı olub. Bilirəm ki, azərbaycanlılar mənə bunu bağışlamayacaq. Mən tez-tez Ermənistanda oluram. Ermənistan deyəndə təkcə İrəvanı deyil, eləcə də Dağlıq Qarabağı nəzərdə tuturam”.