Yaponiyanın İshikava əyalətinin Kaqa şəhərində ayı böyük ticarət mərkəzinə girib. Nəticədə işçilər və müştərilər dərhal evakuasiya edilib.
Bu barədə NHK telekanalı xəbər verib.
Heyvanın hələ də ticarət mərkəzində olduğu bildirilir. Onun hərəkəti daxildəki videokameralar tərəfindən izlənilir.
Qeyd edək ki, oktyabrın 17-də də İshikava prefekturasında başqa bir ayı yaşayış məntəqəsinə girərək, üç nəfəri yaralamışdı. Bundan əvvəl isə Hakusan şəhərində eyni hücumdan dörd nəfər xəsarət almışdı.