Uşaqlar üçün tez-tez xeyriyyə layihələrində iştirak edən türkiyəli aktrisa Bürgüzar Korel Gəncədə törədilən növbəti terror aktında azyaşlı körpələrin öldürülməsinə biganə qala bilməyib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, xüsusilə ərəb ölkələrində olduqca böyük pərəstişkar ordusu olan kino ulduzu Gəncə terroruna etiraz səsini qaldırıb.
O, 2 milyona yaxın izləyici olan instaqram hesabında bunları yazıb: “Heç rəhm etmədən müdaifəsiz, məsum körpələri öldürmək... Bütün həyatlarını, xatirələrini, xəyallarını, gələcəklərini o torpağın altına dənf etmək. Sözlərin bitdiyi yerdəyik... Allahım bu günahsız insanların səslərini duy. Qəlbim Azərbaycanla, Gəncədə müdafiəsiz sivil vətəndaş və kiçik canlarladır”.