Qadin.NET / Baş Prokurorluqdan Qarabağa gələn xarici ölkə vətəndaşlarına MÜRACİƏT - VİDEO

Baş Prokurorluqdan Qarabağa gələn xarici ölkə vətəndaşlarına MÜRACİƏT - VİDEO

 Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılmış araşdırmalarla son günlərdə müxtəlif terror təşkilatlarının üzvlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan Ermənistan ərazisindən qanunsuz keçərək Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə gəlib Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi istifadə edilmələri müəyyən olunub.

Bununla bağlı Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bu kimi qanunsuz halların qarşısının alınması məqsədilə xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə hansı qaydada gəlmələri ilə bağlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində maarifləndirici video çarx hazırlanıb.

Xarici vətəndaşlardan Azərbaycan Respublikasının dövlət sərhədini keçərkən Azərbaycan Respublikasının qanunvericiliyinə əməl olunması tələb olunur.


19 oktyabr 2020
GO BACK