Türkiyənin iki tanınmış yumor ustası Cem Yılmaz sosial şəbəkədə Azərbaycanla bağlı paylaşım edib.
Qadin.Net xəbər verir ki, Yılmaz işğalçı Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına atəş açmasını pisləyib.
"Can qardaşımız Azərbaycan xalqına ən yaxın zamanda müharibədən, qandan, acıdan uzaq günlər diləyirəm. Ədalətsiz dünyaya heyrətlə baxıram... Ən yaxın zamanda bu zülmün bitməsini istəyirəm" deyə, Yılmza bildirib.