Qadin.NET / Ordumuz ermənilərə məxsus hərbi hissə ələ keçirib - VİDEO

Ordumuz ermənilərə məxsus hərbi hissə ələ keçirib - VİDEO

Azərbaycan ordusunun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Düşmən döyüş texnikası, silah-sursat və digər hərbi vasitələri tərk edərək qaçmaq məcburiyyətində qalıb. Cəbhə boyu bütün istiqamətlərdə bölmələrimiz üstünlüyü əldə saxlayır.

18 oktyabr 2020
GO BACK