Prezident İlham Əliyev Hikmət Mirzəyevə ali hərbi rütbənin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, general-mayor Hikmət İzzət oğlu Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verilib.
Qeyd edək ki, Hikmət Mirzəyev Xüsusi Təyinatlı Qüvvələrin komandanıdır.
Xatırladaq ki, oktyabrın 4-də İlham Əliyev Hikmət Mirzəyevi və onun rəhbərlik etdiyi şəxsi heyəti Cəbrayıl şəhərinin və rayonunun doqquz kəndinin işğaldan azad olunması münasibətilə təbrik edib.