Qadin.NET / XİN-dən Pompeonun Qarabağ açıqlamasına REAKSİYA

XİN-dən Pompeonun Qarabağ açıqlamasına REAKSİYA

Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Maykl Pompeo bu gün “WSB Atlanta” televiziya kanalında “Erik Erikson Şou” verilişində səsləndirdiyi fikirlər sırasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məsələ ilə bağlı açıqlama yayıb.
XİN-dən verilən açıqlamaya görə, Azərbaycan tərəfi hesab edir ki, ABŞ Dövlət Katibinin fikirləri ABŞ Hökuməti tərəfindən münaqişə ilə bağlı bundan öncə edilmiş çoxsaylı rəsmi bəyanatlara uyğun deyil:
“Bu fikirlər, həmçinin, ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi statusuna uyğun gəlmir”.

16 oktyabr 2020
GO BACK