Qadin.NET / Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı

Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı

 Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı bu günə olan vəziyyəti açıqlayıb.
Məlumata görə, 15 şagird və iki işçinin hərarəti 37 dərəcədən yuxarı olub.
Daha 55 şagird və 21 işçidə koronavirus aşkarlanıb.
Distant təhsilə keçmiş siniflərin sayı isə altıdır. Bundan başqa, daha 10 məktəb də distant təhsilə keçib. Bir məktəb isə əyanə təhsilə qaytarılıb.
Qeyd edək ki, indiyə qədər ölkə üzrə 47 məktəb, 65 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

16 oktyabr 2020
GO BACK