Qadin.NET / Azərbaycanda koronavirusa görə süni tənəffüs aparatına qoşulan xəstələrin sayı bilindi

Azərbaycanda koronavirusa görə süni tənəffüs aparatına qoşulan xəstələrin sayı bilindi

“Ötən gün Azərbaycanda yoluxma sayı 500-ə çatıb. Yoluxma dinamikası tək ölkəmizdə deyil, dünya ölkələrində də müşahidə edilir”.
Qadin.Net bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, bu gün ölkədə reanimasiyada 113 xəstə var, onlardan 13-ü süni tənəffüs aparatına qoşulub.
O qeyd edib ki, dünyada 38 milyondan çox adam COVID-ə yoluxub ki, onlardan bir milyondan çoxu ölüb.

16 oktyabr 2020
GO BACK