Ölkədə koronavirusa yoluxma sayının artımı təhsil müəssisələrinin müvəqqəti bağlanmasına səbəb oldu.
Qadin.Net bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, yoluxma dinamikasının artımı nəzərə alınaraq, gələn həftənin birinci günündən məktəblərdə tətil elan olunub:
“Nəzərə alınmalıdır ki, yoluxma ilə bağlı iki milyona yaxın təhsilalan və bir neçə min təhsil işçisi təhlükə qarşısında qalır. Onların təhlükəsizliyi nəzərə alınaraq, bu addım atılıb”.