Eyni zamanda həm adi qrip, həm də COVID-19 əleyhinə burun spreyi hazırlanıb.
Qadin.Net bildirir ki, Korrespondent.net xəbər verir ki, spreyi Honkonq Universitetinin alimləri düzəldiblər.
Spreyin tərkibində qripə və koronavirusa qarşı peyvənd var. Sprey-peyvəndin insanlar üzərində sınaqlarına gələn ay başlanıla bilər. Ehtimal edilir ki, sprey virusların, o cümlədən COVID-19 infeksiyasının birbaşa burunda məhvinə kömək edəcək. Viruslar adətən insan orqanizminə burun vasitəsilə düşürlər.
Peyvənd-spreyin klinik sınaqlardan keçirilməsi üçün əvvəlcə 100-ə yaxın adam cəlb etmək planlaşdırılır.