Polşada zərərsizləşdirmə zamanı beş tonluq seysmik bomba partlayıb.
Qadin.Net bildirir ki, bu barədə BBC xəbər yayıb.
“Tallboy” bombası II Dünya müharibəsindən bəri partlamayan ən böyük bomba idi. Britaniya aviasiyası 1945-ci ildə onu Baltik dənizində almanlara məxsus gəmiyə atıb.
Uzunluğu 6 metr, çəkisi isə 5,4 ton olan bomba 12 metr dərinlikdə idi.
Mütəxəssislər deflaqrasiya prosesini (partlayıcı maddələrin partlayışsız yanması) həyata keçirmək istəyirdilər, ancaq əməliyyat əsnasında bomba işə düşüb.