Qadin.NET / Papanın dörd mühafizəçisinə koronavirus diaqnozu qoyulub

Papanın dörd mühafizəçisinə koronavirus diaqnozu qoyulub

Vatikanda Papanın təhlükəsizliyini təmin edən İsveçrə Qvardiyasının dörd işçisinə koronavirus diaqnozu qoyulub.
Bu barədə “Haber Global” xəbər yayıb.
“Onların dördü də təcrid olunmuş vəziyyətdədir. İnfeksiyaya yoluxanlarla əlaqə qura biləcək hər kəs yoxlanılır”, - deyə Vatikanın mətbuat xidməti bildirib.
Papa Fransiskin özü buna görə narahat deyil.
“Worldometers” saytının verdiyi məlumata görə, pandemiya müddətində Vatikanda ümumilikdə 19 koronavirus hadisəsi aşkarlanıb.

14 oktyabr 2020
GO BACK